Qadınlar bir qutu siqaretə satılır - Şok iddia

Qadınlar bir qutu siqaretə satılır -

İŞİD terror təşkilatı İraq və Suriyada qadınları bir qutu siqaret qarşılığında kölə kimi satır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Zainab Bangura bildirib. Aprel ayında İraq və Suriyada araşdırmalar aparan Bangura bu ölkələrdə İŞİD tərəfindən bazarlarda kölə kimi satılan, daha sonra qaçmağı bacaran qadınlarla görüşüb. O, terror təşkilatının bu döyüşü qadınların bədəni üzərindən apardığını deyib.
BMT-nin xüsusi nümayəndəsinin sözlərinə görə, İŞİD üzvlərinin ələ keçirdikləri torpaqlarda ilk işi uşaq yaşlarındakı gənc qızları qaçırmaq və “özününküləşdirmək”dir.

Bangura İŞİD üzvlərinin zülmünə ən çox məruz qalan qadınların isə yezidilər olduğunu vurğulayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1250 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...