Azercell şəbəkəsi güclənməkdə davam edir

Azercell şəbəkəsi güclənməkdə davam edir

Şirkət baza stansiyalarının sayını 4788-ə çatdırdı

Azercell Telekom həm abunəçi sayına, həm də təqdim etdiyi rabitə xidmətinin keyfiyyətinə görə Azərbaycanın lider mobil operatoru olmaqda davam edir. Azercell-in təklif etdiyi keyfiyyətli rabitə abunəçinin harada olduğundan asılı olmayaraq öz yaxınları ilə hər zaman rahat əlaqə qurmaq imkanı deməkdir. 2014-cü ildə 169-dan çox 2G/3G Radio Baza Stansiyası quraşdıran və 3G şəbəkəsinin tutumunu rekord səviyyədə (ölkə üzrə 48%, Bakı şəhəri üzrə 92%) gücləndirən şirkət bu ilin əvvəlindən indiyə qədər yeni 2G, 3G və 4G baza stansiyasını abunəçilərin istifadəsinə verib. Təkcə son 3 ayda Azercell 20 sayda 2G, 84 sayda 3G və 7 sayda 4G baza stansiyası quraşdırıb. Ümumillikdə, hal-hazırda ölkə ərazisində Azercell-in 2680 sayda 2G, 1844 sayda 3G və 264 sayda 4G baza stansiyası mövcuddur. Hər zaman abunəçilərini yüksək səviyyəli xidmətlə təmin etmək üçün öz şəbəkəsini təkmilləşdirən Azercell toplam 4788 baza stansiyası ilə fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, Azərbaycanın ən geniş və güclü şəbəkəsinə sahib olan və daima keyfiyyəti ilə seçilən Azercell Telekom son iki il ərzində öz şəbəkəsini 25% faiz daha da gücləndirib.

Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən Azercell ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılmışdır.

Azercell hər zaman olduğu kimi öz abunəçilərini ən qabaqcıl texnoloji yeniliklər və keyfiyyətli rabitə sisteminin üstünlüklərindən faydalanmasını təmin etməkdədir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...