ANS özü Elnarə Təhməzovanı efirdən uzaqlaşdırmasaydı, biz lazımi ölçü götürəcəkdik

ANS özü Elnarə Təhməzovanı efirdən uzaqlaşdırmasaydı, biz lazımi ölçü götürəcəkdik

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS telekanalının “İncə Maraqlar” və “İncə+” verilişlərinin yayımını dayandırması və aparıcı Elnarə Təhməzovanı efirdən kənarlaşdırmasına münasibət bildirib.

MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında bildirib ki, ANS-in qərarı onları üçün gözlənilən olub: “Milli Televiziya və Radio Şurası olaraq biz ANS-dən bu addımı gözləyirdik. Əgər bu qərar qəbul edilməsəydi Milli Televiziya və Radio Şurası tərəfindən məsələ ilə bağlı ölçü götürüləcəkdi. Çünki biz ilk növbədə telekanal rəhbərliyinin qərarını gözləyirik və bundan sonra müvafiq qaydada qərar qəbul edirik”.

Qeyd edək ki, bu gün ANS-in Yaradıcılıq Şurasının qərarı ilə “İncə Maraqlar” və “İncə+” verilişlərinin yayımı dayandırılıb, aparıcı E. Təhməzova efirdən uzaqlaşdırılıb. Bir müddət əvvəl E. Təhməzovanın dindar xanımların geyimi haqqında efirdən səsləndirdiyi müəyyən fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb və onun fikirləri ətrafında qalmaqal yaranıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1365 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...