Ən ucuz iPhone 6 harada satılır?

Ən ucuz iPhone 6 harada satılır?

Dünya ölkələrində iPhone 6-nın qiymətləri açıqlanıb. ANS PRESS-in məlumatına görə, ən ucuz və ən bahalı iPhone 6-lar hansı ölkələrdədir? Bu suala cavab tapa bilmək üçün kiçik bir araşdırma aparılıb.

Bazar araşdırmasına görə, iPhone 6 dünyada ən baha Braziliyada satılır. Bu ölkədə "Apple" şirkətinin son model mobil qurğusu 1254 dollardır. Rusiya isə iPhone 6-nın ən baha satıldığı ikinci ölkədir. Hətta bir ara rublun həddən artıq ucuzlaşması şirkətin bu ölkədə mağazalarını bağlamağına səbəb olmuşdu. Rusiyada hazırda bu telefonlar 932 dollara satılır.

iPhone 6 Türkiyədə 888, İndoneziyada 863, Çində 862 dollara, Hindistanda 853, Cənubi Afrikada 818, Yeni Zelandiyada 812, Filippində 802, İngiltərədə 799, Meksikada 787, İsveçrədə 787, Fransada 769, Avstraliyada 768, Almaniyada 758, Yaponiyada 725, Sinqapurda 718 dollara, Malayziyada isə 686 dollaradır.

Mobil qurğu ən ucuz Kanada və ABŞ-da satılır. Belə ki, bu smartfon müştərilərə Kanadada 666 dollara, ABŞ-da isə 650 dollara təklif olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...