Bakıda bir neçə nömrə ilə idarə olunan avtomobili tapdılar

Bakıda bir neçə nömrə ilə idarə olunan avtomobili tapdılar


Saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə olunan avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN Növbətçi Hissələri İdarə Xidmətinin Təhlükəsizlik Şəhər Xidməti, DİN Çevik Polis Alayı və Yasamal RPİ 29-cu PB əməkdaşlarının apardıqları birgə tədbirlər nəticəsində iyulun 13-ü saat 22 radələrində R.Feyzullayevə məxsus “Toyota” markalı avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “KIA Cerato” markalı avtomobil Yasamal rayonunda aşkar edilib.

Qeyd edilən avtomobilin Bakı şəhər sakini Ədalət Əsgərova məxsus olması müəyyən edilib. Avtomobilin yük yerinə baxış zamanı bir ədəd tranzit və başqa avtomobilə aid dövlət qeydiyyat nişanları da aşkar edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1117 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...