Azercell-dən əsl 4G internet 55%-dək endirimlə!

Azercell-dən əsl 4G internet 55%-dək endirimlə!


Şirkət bütün abunəçiləri üçün yeni internet paketlərini istifadəyə verdi

Hər zaman abunəçilərinin maraqlarını nəzərə alan Azərbaycanın lider mobil operatoru Azercell 16 iyul tarixindən etibarən internet paketlərində əsaslı endirim tətbiq edir. İndi Azercell öz abunəçilərinə keyfiyyətli mobil internetlə yanaşı, həm də sərfəli paketlər təklif edir. Şirkət yeni daha sərfəli mobil internet paketləri istifadəyə verməklə, bütün abunəçilərini sevindirir. Yeni tarif paketlərinə görə, SimSim abunəçiləri 50 MB internet paketini cəmi 1 AZN-a, 1 GB internet paketini isə 5 AZN-a əldə edə bilər.

Paketin adı Paketin Həcmi Açar sözü Qiymət (ƏDV daxil)
50 MB 50MB 50 1 AZN
500 MB 500MB 500 3 AZN
1 GB 1 GB 1000 5 AZN
5 GB 5GB 5000 10 AZN
10 GB 10GB 10000 15 AZN
Limitsiz 50GB Limitsiz 30 AZN



İnternet paketini aktiv etmək üçün abunəçi müvafiq açar sözünü 2525-ə göndərməli və ya telefonun ekranında *100* İnternet Paketin açar sözü# YES yığmalıdır. Məlumat üçün bildirək ki, İnternet paketlərindən istifadə müddəti 30 gündür. 30 gün istifadə müddəti bitdikdə internet paket avtomatik yenilənir.
Azercell-in bütün Fakturalı Xətt və Tələbə1-liyi tarifinin abunəçilərinə isə İnternet paketləri əlavə 20% endirimlə təklif olunur.

Onu da qeyd edək ki, irihəcmli paketlər (1 GB, 5 GB, 10 GB, Limitsiz) 30 gündən əvvəl bitdikdə İnternetdən istifadə 30 günlük istifadə müddətinin sonunadək pulsuz olur və paketdən asılı olaraq əlavə trafikə fərqli sürət tətbiq olunur: 1 GB və 5 GB-lıq paketlərdə GPRS sürəti (64 Kbit/s-dək), 10 GB və Limitsiz paketlərdə isə EDGE sürəti (128 Kbit/s-dək).
Azercell şirkəti bundan sonra da öz abunəçilərinin mobil internetdən sərfəli və rahat şəkildə istifadəsi üçün yeni məhsul və kampaniyalar yaratmaqda davam edəcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1239 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...