Bakıda teatrda 18+ tamaşası göstəriləcək

Bakıda teatrda 18+ tamaşası göstəriləcək


Uzun müddətdir ki, hazırlanan və müxtəlif səbəblərdən nümayişi gecikən müstəqil “Oda” Teatrının 18+ tamaşasının premyerası olacaq. Teatrın yaydığı məlumata görə premyera 25 və 26 iyul saat 19:00-da baş tutacaq. “Sergey Moqlivetsin “Lütlər” pyesini səhnələşdirirdik. Aktrisalar razı olub məşqlərə başlayırdı, lakin onların ailələri sonradan buna mane olurdu. Beləliklə tamaşa bir il yubandı. Nəhayət qərara aldıq ki, bu tamaşada xarici aktrisadan istifadə edək. Belə də oldu. Tamaşanı fransız aktrisa ilə oynayacağıq. Lakin “Lütlər” əsərini yox, pantomim janrında yeni bir tamaşa hazırladıq. Çünki aktrisa Azərbaycan dilində danışmaqda çətinlik çəkir. Lakin tamaşanın hazırlanması üçün həmin əsərdən də bəhrələnmişik. Sujet “Oda” teatrına məxsusdur. Artıq nümayşədə hazırıq.

Ətraflı məlumatlar rəsmi səhifəmizdə (fb.com/teatroda) yayımlanacaq. Həmçinin mütəmadi materiallar teatrın informasiya dəstəkçisi olan Fraqment.Az mədəniyyət portalında dərc olunacaq” – deyə teatrın məlumatında qeyd olunub.

Teatrdan o da bildirilib ki, yerlər məhdud olduğundan premyera üçün ümumilikdə 80 bilet satışa çıxarılıb. 25 iyul üçün 40 bilet, 26 iyul üçün 40 bilet satılacaq. Biletlər “face control” ilə veriləcək. Azərbaycanda ilk dəfə belə bir tamaşa olduğu üçün teatr biletlərin sayına məhdudiyyət tətbiq edib. Biletlərin qiyməti 10 AZN-dir.

Tamaşadakı rolları fransız aktrisa Elza Furtado və azərbaycanlı aktyor Elmin Bədəlov canlandıracaq. Tamaşanın rejissoru isə İmam Həsənovdur.

“MimOda 18+” tragikomediyası ilə teatr ölkə mədəniyyətində yeni xətt yaratmaq istəyir.

Teatrın ünvanı: Dilarə Əliyeva 141
Əlaqə: 050 394 48 64 və ya 070 219 83 33
Rəsmi səhifə: fb.com/teatroda
E-mail: [email protected]



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2083 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...