Xəbər saytlarının inkişafı üçün prezidentə bunlar təklif olunacaq - Əflatun AMAŞOV

Xəbər saytlarının inkişafı üçün prezidentə bunlar təklif olunacaq -


“Cənab prezidentin tapşırığına uyğun olaraq, internet medianın inkişafı üçün təkliflərlə çıxış edəcəyik”.

Bu fikri Hafta.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, danılmaz faktdır ki, ölkədə internet media xüsusi rola malikdir:


“Birinci Avropa Oyunları zamanı da Azərbaycanın beynəlxalq imicinin formalaşmasında, ölkəmizə qarşı olan qüvvələrlə informasiya savaşında internet mediası böyük işlər gördü.Cənab prezident də öz çıxışında bunu xüsusi vurğuladı. Ölkə əhalisinin 75 faizdən çoxu internetdən istifadə edir. Cənab prezident İlham Əliyevlə görüşümüz zamanı internet mediası ilə bağlı da müzakirələr oldu. Təklif etdim ki, yazılı mətbuatda olduğu kimi internet üzərindən yayımlanan media vasitələrinə də yardım olunsun. Bu təklifim cənab prezident tərəfindən yüksək qiymətləndirildi. Yəqin ki, yaxın zamanlarda bununla bağlı müsbət addımlar atılacaq”.

Əflatun Amaşov internet mediasının çatışmayan cəhədləri barəsində də danışıb:

“Çatışmayan cəhətlər müxtəlif zamanlarda olub. Məsələn, ötən il yayda ordu ilə bağlı baş verən olayları göstərmək olar. Hazırda elə bil zamandır ki, dünyanın hər yerində olduğu kimi Azərbaycanda da bu sahə ənənəvi mediya ilə müqayisədə daha çox inkişaf edir. Eyni zamanda yazılı mətbuatın funksiyalarının xeyli hissəsini öz üzərinə götürə bilib. Bu bir həqiqətdir. Yəqin ki, zaman keçdikcə internet media da püxtələşəcək. Bu sahədən şəxsi mənafeləri üçün istifadə edənlər sıradan çıxacaq. Bir müddət sonra sahənin tam sahibləri fəaliyyətdə qalacaqlar. Bu baxımdan qüsurları göstərməklə yanaşı, internet mediasının inkişafı üçün əməli addımlar atmağın vaxtı çatıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1065 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...