BDU tələbələri ABŞ-da qalib oldu

BDU tələbələri ABŞ-da qalib oldu


BDU tələbələri ABŞ-da qalib olublar. ABŞ-ın Redmond şəhərində keçirilən “Microsoft Imagine Cup 2015” müsabiqəsinin “İnnovasiyalar” kateqoriyasında Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri - Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovaların təmsil olunduğu “NoObs” komandası iştirak edərək ikinci yeri qazanıb.

BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, “Microsoft Imagine Cup 2015” müsabiqəsində ilk dəfə iştirak edən komanda “Bluetooth-tənzimçilər” dəsti, qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan “Windows Phone” platformalı smartfonlar üçün proqram təminatı olan “Spinal” layihəsini təqdim edib. Birinci, ikinci və üçüncü yerləri tutmuş mükafatçılar layihənin sonrakı inkişafına “Microsoft” şirkətindən 50, 10 və 5 min dollar məbləğində qrant əldə ediblər.

Xatırladaq ki, “NoObs” komandası “Microsoft Azerbaijan” şirkəti ilə birgə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar parkı və “Nar mobile” şəbəkə operatoru tərəfindən keçirilmiş “Imagine Cup” lokal seçim turunun qalibləri olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...