Azercell-dən korporativ abunəçilərinə güzəştli smartfon və bonus!

Azercell-dən korporativ abunəçilərinə güzəştli smartfon və bonus!

Hər zaman müxtəlif abunəçi seqmetlərini yeniliklərlə sevindirən ölkənin lider mobil operatoru Azercell Telekom aprelin 28-dən etibarən korporativ müştərilər üçün smartfonların satışı ilə bağlı yeni güzəştli kampaniyaya başlayıb. Bu kampaniya çərçivəsində hər kəs öz tələbatına və imkanına uyğun smartfonu 1 illik kreditə əldə edə bilər.

Kampaniyaya qiymətlərindən asılı olaraq 4 növ smartfon daxil edilib. Qiyməti 464 manata qədər olan smartfonları ayda cəmi 55 AZN-ə əldə etmək mümkündür. Bu zaman telefonun modeli və markasının seçimində məhdudiyyət yoxdur.Kampaniyaya daxil edilən digər smartfonları da hər ay 66 AZN, 88 AZN və ya 99 AZN ödəməklə əldə etmək olar. Ümumilikdə, kampaniya çərçivəsində qiyməti 992 AZN-ə qədər olan smartfon əldə etmək olar.

Kreditli satışla bərabər Azercell 1 il müddətində hər ay abunəçiyə ölkədaxili danışıqlar üçün 200 dəqiqə, 2 GB internet və 200 SMS hədiyyə edir. Bu bonuslardan bir ay müddətində yararlanmaq mümkündür. Qeyd edək ki, paketə daxil olan bonusların istifadə edilməyən hissələri növbəti faktura ayına keçmir. Əgər paket daxilində təqdim edilən dəqiqə/sms trafiki bitərsə, onda ödəniş abunəçinin əsas tarif paketinə uyğun hesablanır. 2 GB-lıq internet vaxtından əvvəl bitərsə, onda əlavə istifadə edilən hissə 0,02 AZN tarifi ilə hesablanır.

Smartfonların qiyməti dəyişən şərtlərlə yaradıldığından, kampaniya çərçivəsində ümumi müəyyənləşdirilmiş məbləğə uyğun istənilən növ cihaz seçilə bilər. Telefonun dəyəri aidiyyatı distribütor tərəfindən tətbiq edilən və Azercell tərəfindən ilkin olaraq distribütora tam məbləğdə ödənilən rəsmi qiymətlər əsasında hesablanır.
Smartfonların qiymətlərinə uyğun ödəmə cədvəli və kampaniyanın digər detalları ilə www.azercell.com saytından ətraflı məlumat almaq mümkündür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1247 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...