Sabah da isti olacaq

Sabah da isti olacaq


Sabah ölkə ərazisində yağmursuz hava müşahidə olunacaq. ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, avqustun 13-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şərq küləyinə keçəcək.

Avqustun 13-də havanın temperaturu Abşeron yarımadasında gecə 23-26˚, gündüz 33-38˚, Bakıda gecə 23-25˚, gündüz 35-37˚ isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcək. Avqustun 13-də Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 20-25˚, gündüz 34-39˚ isti, dağlarda gecə 15-20˚, gündüz 27-32˚ isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...