Su əvəzinə sirkə turşusu içdi...

Su əvəzinə sirkə turşusu içdi...


Vəziyyəti ağırlaşan Şəki sakinini Bakıya gətiriblər. Şəkidə qəribə intihar hadisəsi baş verib. Rayonun Baş Zəyzid kənd sakini, 1978 -ci il təvəllüdlü Əfqan Allahyar oğlu Bayramov sirkə turşusundan zəhərlənib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, məhlulu içən Əfqan Bayramovu dünən axşam saatlarında xəstəxanaya gətiriliblər. Xəstəxanaya gətirililərkən vəziyyəti ağır olduğu üçün dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bir müddət sonra vəziyyətinin ağırlaşdığını görən həkimlər onu Bakı şəhərinə Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına göndəriblər. Şəki şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Ə. Bayramov məhlulu qəbul edərkən içkili vəziyyətdə olduğunu, və susadığı üçün su bilib içdiyini bildirib.

Lakin kənd sakinləri Əfqan Bayramovun məhz intihar məqsədilə sirkə turşusu içdiyini bildiriblər. Faktla bağlı Şəki şəhər Polis İdarəsində araşdırma aparılır. Xatırladaq ki, bundan əvvəl də Şəki rayonunda sirkə turşusu içən şəxs zəhərlənmişdi. Rayonun Böyük Dəhnə kənd sakini 1966-cı il təvəllüdlü Gülnar Mircavad qızı Hacıyeva “SKAYP”da ərinin Rusiyadakı ailəsini görərək intihar etmiş, xəstəxanada dünyasını dəyişmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1156 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...