Göygöl 24 saat açıq olacaq

Göygöl 24 saat açıq olacaq


Göygöl Milli Parkı ərazisində inşa ediləcək otellər və digər istirahət mərkəzləri istifadəyə verildikdən sonra isə buraya giriş 24 saat olacaq.

AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəliflik departamentinin direktoru Vaqif Cavadov deyib. Park ərazisinə daxil olmaq uşaqlar üçün pulsuz, böyüklər üçün isə 2 manat olduğunu deyən Vaqif Cavadov deyib ki parkı çirkləndirən turistlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq böyük məbləğdə cərimələr tətbiq olunacaq:

“Ərazi vətəndaşların çirkləndirməməsi üçün tam nəzarətə götürülüb. Müxtəlif yerlərdə zibil qutusu quraşdırılıb, Milli Parkın ərazisinə daxil olan turist qruplarına pulsuz zibil torbası verilməsi nəzərdə tutulub. Bütün hallarda parkın ərazisini zibilləyənləri 600 manat cərimə gözləyir”.

O, qeyd edib ki, turistlər ərazidə yalnız müəyyən marşrutlar üzrə, müəyyən istiqamətlər üzrə hərəkət edə bilər, əlavə olaraq müəyyən yerlərdən istirahət etmək üçün istifadə edə bilərlər.

Qeyd edək ki, qaydalara uyğun olaraq Milli Parka daxil olacaq hər avtomobilin sürücüsü qiyməti iki manat olan bilet almalıdır. Sonra avtomobil xüsusi yerdə parkinq olunmalıdır. Bunun üçün avtomobil sahibi dayanacağın hər saatına 50 qəpik ödəməlidir. Həmçinin avtomobilsiz ziyarətçiləri buraya gətirmək üçün xüsusi avtobuslar ayrılacaq. Eyni zamanda ərazidə fəaliyyətə başlayacaq restoran, kafe, eləcə də mehmanxanaların xidmətindən istifadə etmək mümkün olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1109 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...