AMEA-da yeni təyinatlar

AMEA-da yeni təyinatlar


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir sıra kadr dəyişikliyi edilib. APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi vəzifələrinə təyin ediliblər.

Eyni zamanda, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalova AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi fond işləri üzrə direktor müavini-baş mühafiz, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Ekspozisiya təhlükəsizliyi üzrə direktor müavini-ekspozisiyanın müdiri vəzifələrinə təyin olunublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1043 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...