Aşura günündə bu məscidlərdə qanvermə olacaq - SİYAHI

Aşura günündə bu məscidlərdə qanvermə olacaq -


Artıq elan edildiyi kimi, bu il Aşura günü 24 oktyabr 2015-ci il tarixinə təsadüf edir. Həmin gün respublikamızın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək.

Modern.az saytı Qafqaz Müsəlmanları İdarəsinə istinadən qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını təqdim edir:

1. Yasamal rayonu Təzəpir məscidi;

2. Yasamal rayonu Hacı Soltanəli məscidi;

3. Səbail rayonu Bibi-Heybət məscidi;

4. Səbail rayonu İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu Qaraçuxur məscidi;

6. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi;

7. Nizami rayonu Keşlə qəsəbə məscidi;

8. Sumqayıt şəhər “Cümə” məscidi;

9. Gəncə şəhər “İmamzadə” məscidi;

10. Mingəçevir şəhər “Heydər” məscidi;

11. Şəki şəhər “Cümə” məscidi;

12. Lənkəran şəhəri Böyükbazar məscidi;

13. Bərdə şəhər “Cümə” məscidi;

14. Nəsimi rayonu Əjdərbəy məscidi.


Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl, yəni 23 oktyabr tarixində Tasua günündən başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
988 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...