Şahidlər Rauf Mirqədirovun əleyhinə ifadə vermədilər

Şahidlər Rauf Mirqədirovun əleyhinə ifadə vermədilər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayan-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Jurnalistin hüquqlarını müdafiə edən vəkil Fuad Ağayevin Modern.az saytına verdiyi məlumata görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə hal şahidlərin dindirilməsi başa çatıb: “Şahidlər Rauf Mirqədirovun əleyhinə ifadə vermədi. Məhkəmə prosesi dekabrın 14-də davam etdiriləcək”.

“Ayna- Zerkalo” qəzetinin əməkdaşı R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. R.Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
994 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...