Turkustan.info 4 dildə fəaliyyətə başlayır

Turkustan.info 4 dildə fəaliyyətə başlayır


Aqil Camal: “Əminik ki, qısa zamanda, Azərbaycan informasiya məkanında öncül yerimizi tutacağıq”

Bu gündən Azərbaycanda yeni xəbər portalı - Turkustan.info saytı fəaliyyətə başlayıb. Bu barədə Modern.az-a açıqlama verən layihənin rəhbəri Aqil Camal bildirib ki, əsasən Azərbaycan mərkəzli olacaq sayt, bölgəmizdə və dünyada baş verən hadisələri də operativ şəkildə oxucuya çatdırmaq missiyasını həyata keçirəcək:

“Ölkəmizin önəmli hadisələrini dünyaya duyurmaq üçün səhifəmizdə Azərbaycan türkcəsindən başqa, daha 4 dildə - Türkiyə türkcəsi, ingilis, rus və fars dilində də xəbərlər yayımlanacaq.

Fəaliyyətimizdə medianın tərəfsizliyi, obyektivliyi prinsiplərini əsas götürəcəyimizi, milli və dövlət maraqlarını öndə tutaraq bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları, diplomatik korpus və cəmiyyətin bütün təbəqələri ilə sıx əməkdaşıq içərisində çalışacağımızı bildiririk. Bu sırada, xüsusilə, mediadakı dostlarımızın dəstəyinə ümid edirik. Peşəkar dostlarımızla verdiyimiz birgə qərar, əminəm ki, öz müsbət nəticəsini göstərəcək. Qısa zamanda, Azərbaycan informasiya məkanında öncül yerimizi tutacağıq”.

A.Camal onu da qeyd edib ki, Turkustan.info “Türküstan” qəzetinin adı ilə eyni olsa da, tamamilə müstəqil beynəlxalq informasiya portalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1083 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...