Səhiyyə Nazirliyinin mütəxəssisi kütləvi yayılan virusun adını AÇIQLADI

Səhiyyə Nazirliyinin mütəxəssisi kütləvi yayılan virusun adını
Son vaxtlar Azərbaycanda insanlar arasında kütləvi virus yayılıb. Daha çox gənclər və uşaqlar arasında müşahidə edilən virus baş, boğaz ağrısı, angina, yüksək hərarət, bəzən isə qusma və ishal əlamətləri ilə seçilir. Azyaşlı uşaqlarda hərarət göstəricisi hətta 41-ə çatır. Yoluxuculuq qabiliyyıti yüksək olan qorxulu infeksiya insanlar arasında təşviş yaradıb və yeni növ koronavirus kimi qiymətləndirilib.

Əhali arasında kütləvi yayılan virus nədir?

Bizim.Media-ya bu barədə danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev bildirib ki, yayılan infeksiyaların əksər hallarda səbəbi törədici viruslardır:

“Son zamanlar əhali arasında gəzən şikayətlər əsasən boğaz ağrısı, öskürək, yüksək hərarət, əzələ və baş ağrıları ilə müşahidə olunur. İstər koronavirus, istərsə də adenovirusu müəyyənləşdirməkdən ötrü mütləq PCR testi vermək tövsiyyə olunur. Bu şikayətlər ən çoxu 3-5 günə yüngül dəstək müalicə, yəni qızdırma salıcı və ağrıkəsici dərmanlarla keçib gedir. Amma əgər xəstəlik həmin müddətdən çox uzanarsa və vəziyyət ağırlaşarsa, həkimə müraciət etmək tövsiyyə olunur”,- deyə mütəxəssis qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...