Rauf Mirqədirov son söz deyəcək

Rauf Mirqədirov son söz deyəcək


Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində "Zerkalo" qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesi davam edəcək. Bu barədə Trend-ə R.Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə vəkil müdafiə çıxışı edəcək və R.Mirqədirova bəraət istəyəcək. Müdafiə çıxışından sonra R.Mirqədirov son söz deyəcək. Vəkil bildirib ki, prosesin gedişindən asılı olaraq sabah məhkəmə hökmü də elan oluna bilər.

Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı R.Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Pokuror hakimlər kollegiyasından R.Mirqədirovun işinə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqləndirilməsini, bununla da onun işinin yüngüləşdirilməsini istəyib. Xatırladaq ki, R.Mirqədirovla bağlı istintaq artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb.

R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1014 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...