Səngəçalda güclü yanğın: 50 ton dizel, yük avtomobili, kafe
Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yanacaq-sürtkü məhsulları saxlanılan anbarda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın qısa müddətdə söndürülüb.
FHN-dən verilən məlumata görə, yanğının baş verdiyi ərazidə tezalışan maddələrin mövcudluğu səbəbindən genişlənmə riskinin yüksək olmasına baxmayaraq, yanğınsödürənlərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasına imkan verilməyib.
Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 280m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 30m² sahədə və 1 ədəd pəncərə çərçivəsi, yaxınlıqda ümumi sahəsi 28m² olan köməkçi tikilinin yanar konstruksiyaları, kafenin ərazisində yığılmış hər birinin tutumu 1 ton olan dizel yanacağı ilə dolu 40 ədəd plastik çəllək, vətəndaşa məxsus “Mercedes-Benz” markalı yük avtomobilinin yanar hissələri və banında plastik çəlləklərdə olan 10 ton dizel yanacağı yanıb.
Kafenin böyük hissəsi və yaxınlıqda dayanan “KamAZ” markalı avtosistern yanğından mühafizə olunub.
550 dəfə oxundu