Şuşadakı aksiyanın bəzi iştirakçıları PA-nın qarşısında etiraz ediblər - VİDEO

Şuşadakı aksiyanın bəzi iştirakçıları PA-nın qarşısında etiraz ediblər -
Ötən gün bir qrup ictimai fəal, QHT təmsilçisi Prezident Administrasiyasının qarşısında toplaşıb.
GUNDEMİNFO.AZ "Reaksiya TV"yə istinadən bildirir ki, etiraz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin nəticələri ilə bağlı olub.
"Müharibə Veteranı Qadınlarına Sosial Yardım" QHT-nin sədri Radə Abbas bildirib ki, onlar PA-nın qarşısına pula görə gəlməyiblər:
"15 min manatlıq kiçik bir qrant layihəsi vermişik. İndi hardansa ağıllı adamlar çıxıb deyir ki, layihələr bəsitdir. Siz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olaraq hansı çox dəyərli layihəni ortaya qoydunuz, hansı yenilik yaratdınız? Bəlkə biri harasa gəzməyə gedir, bəlkə hansısa tədbir keçirir, onu dövlətin ayırdığı pulla eləsin, mənim layihəmin puluna heç kim toxuna bilməz. Məsələ pulda deyil. Məsələ QHT-lərə olunan hörmətsizliklərdən gedir. Dövlətin pulu konkret olaraq havaya gedir. Dövlətlə mənim arama inciklik salmaq istəyən insanların məqsədi nədir?"
Etiraz edənlərin arasında Şuşada keçirilən aksiyalarda iştirak edənlər də var. Onlar da qrantlarının kəsildiyini bildirirlər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
458 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...