Qədim Roma seçki kampaniyası materialları tapıldı: Seçicilərin ələ alınması, korrupsiya...

Qədim Roma seçki kampaniyası materialları tapıldı:
Tədqiqatçılar Roma İmperiyası dövründə seçicilərin alınması və korrupsiyanı üzə çıxaran qədim seçkiqabağı hesabatları üzə çıxarıblar.

Qaynarinfo xəbər verir ki, arxeoloqlar Pompeyin mərkəzindəki bir evin içərisində bu yazıları aşkar ediblər. Tədqiqatçılar bu evin şəhər magistri vəzifəsinə namizədlərdən birinin seçki qərargahı kimi xidmət etdiyini düşünürlər.

Həmin evdə bu namizədin sponsorluq etdiyi çörək sexi də yerləşib.

Mətnlərdə İctimai İşlər üzrə Müşavir vəzifəsinə Aulus Rustius Verusun səsverməsinə çağırılır. Tədqiqatçılar müəyyən ediblər ki, kampaniyanın yarısında bu namizəd çörəkxanasından seçicilərə çörək paylamaqla rüşvətdən istifadə etmək qərarına gəlib. Bu barədə El Pais məlumat yayıb.

Yazılar iki ilanın, eləcə də qurban qalıqlarının təsvir olunduğu qurbangahın yanında yerləşdirilib.

Bu arxeoloji tapıntı, tarixçilərin fikrincə, sistemli korrupsiyaya və qədim Roma dövründə namizədlərin seçiciləri öz tərəflərinə çəkmək üçün istifadə etdikləri təcrübələrə dair qiymətli sübutlar təqdim edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
439 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...