Azərbaycan 2030-cu ildə Aya və Marsa missiya göndərə bilər

Azərbaycan 2030-cu ildə Aya və Marsa missiya göndərə bilər
Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür.
GUNDEMİNFO.AZ APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı “Azərkosmos” QSC-nin idarə heyətinin sədri Saməddin Əsədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan son 10 ildə kosmosa 600 milyon dollar investisiya qoyub.
Sədr qeyd edib ki, bu gün İsrail ilə kosmik peykin orbitə çıxarılması ilə bağlı bağlanan müqavilə ilə yanaşı, Azərbaycan hökuməti kosmos proqramını davam etdirəcək:
“Gələcəkdə bölgədə xidmət sferasını genişləndirmək üçün telekommunikasiya peyki buraxmağı düşünürük. 2030-cu ildə Aya və Marsa missiya göndərməklə bağlı düşünəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...