Brüsseldə 2 İsveç vətəndaşını qətlə yetirən şəxs öldürülüb

Brüsseldə 2 İsveç vətəndaşını qətlə yetirən şəxs öldürülüb
Brüsseldə isveçlilərə hücumda şübhəli bilinən şəxs paytaxt kafelərinin birində öldürülüb.

APA xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Xatırladaq ki, dünən AVRO 2024-ün Belçika-İsveç futbol matçından öncə paytaxt Brüsseldə atışma olub. Naməlum silahlı şəxs Kalaşnikov avtomatından atəş açıb və iki nəfər İsveç vətəndaşını öldürüb.

Silahlı hücumdan əvvəl hadisəni törədən şəxs özünü İŞİD üzvü adlandırıb və bu yolla müsəlmanların qisasını alacağını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...