İsrailin keçmiş müdafiə naziri: HƏMAS-ı məğlub etmək aylar çəkəcək

İsrailin keçmiş müdafiə naziri:
İsrailin Fələstinin radikal HƏMAS hərəkatını məğlub etməsi aylar çəkəcək, xüsusən də şiə Hizbullah partiyasının silahlı qanadı müharibəyə qarışsa.

AZƏRTAC xəbər verir ki, bunu İsrailin fövqəladə hallar kabinetinin üzvü, ölkənin müdafiə departamentinin keçmiş rəhbəri Benni Qantz deyib.

"Bu müharibə çox vaxt aparacaq. Cənubda, lazım gələrsə, şimalda və ya başqa yerlərdə müharibə aylarla davam edə bilər. Yenidənqurma isə illərlə davam edəcək", - "The Times of Israel" qəzeti onun sözlərindən sitat gətirir.

"Məqsəd təkcə HƏMAS-ı məğlub etmək deyil, cənubun 100 faiz cənnətə çevrilməsini təmin etməkdir", - deyən Qantz əlavə edib: “Müharibədə hər bir döyüş cəbhəsində qələbə qazandıqdan sonra biz özümüzü bu bərpaya həsr edəcəyik”.

Qeyd edək ki, Qantz İsrail Müdafiə Qüvvələrində ehtiyatda olan general-leytenantdır. Hərbi karyerası ərzində o, Şimal Hərbi Dairəsinə rəhbərlik edib, həmçinin quru qoşunlarının komandanı olub. 2011-2015-ci illərdə ölkə ordusunun Baş Qərargah rəisi vəzifəsində çalışıb. Qantz 2020-ci ildən 2022-ci ilə qədər İsrailin müdafiə naziri vəzifəsini də icra edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
339 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...