Lənkəranda çayın daşması nəticəsində torpaq sürüşməsi olub

Lənkəranda çayın daşması nəticəsində torpaq sürüşməsi olub
Lənkəranda Veravulçayın daşması nəticəsində, rayonun Vilvan kəndində torpaq sürüşməsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranda yağan intensiv yağışlar Veravulçayının daşmasına səbəb olub. 10 yaxın ailənin yaşadığı evlər üçün təhlükəli vəziyyət yaranıb. Vaxtilə 60-65 metr aralıda olan torpaq qatı indi evlərin 10 metrliyinə kimi yaxınlaşıb.

Torpaq uçqunu sakinlərin təsərrüfatlarına da xeyli ziyan vurub. Meyvə və sitrus ağaclarını, eləcə də torpaq sahələrini, salınan istixanaları ​ aparıb.

Ərazidə yaranan vəziyyətlə bağlı Lənkəran rayon Yuxarı Xanbulançay Hidroqovşağı İstismar idarəsinin mütəxəssisi Ayıq Əliyev APA-ya bildirib ki, idarə tərəfindən ağır texnikalar ayrılıb. Hava şəraiti imkan verən kimi, çayda məcradəyişmə işləri aparılacaq.

Qeyd edək ki, hazırda çayda 2 km məsafədə sahilbərkitmə işləri görülür və tamamlanmaq üzrədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
372 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...