“Firmalardan satıcılara bildiriblər ki, siqaretin qiyməti dəyişəcək”

“Firmalardan satıcılara bildiriblər ki, siqaretin qiyməti dəyişəcək”
Bir neçə gündür ki, mağazalarda siqaret qıtlığı yaşanır.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə “Trend”ə satıcılar bildirib.
Onların bildirdiyinə görə, hər bazar ertəsi günü mal gətirən firmalar bu həftə gəlib çıxmayıb.
“Firmalar məhsul vermir. Siqaretin topdansatış yerlərində isə bəzi siqaretlərin bir blokunda bir manat bahalaşma var. Firmalardan satıcılara bildiriblər ki, siqaretin qiymətləri dəyişəcəyindən müvəqqəti problem yaşanır”, - deyə bildiriblər.
Qeyd edək ki, sonuncu dəfə avqust ayında markasından asılı olmayaraq bütün siqaretlər 10 qəpik, bəzi siqaretlər isə 20 qəpik bahalaşmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
443 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...