Maliyyə naziri: "Əlavə gəlirimiz olarsa, Qarabağın bərpasına yönəldiləcək"

Maliyyə naziri: "Əlavə gəlirimiz olarsa, Qarabağın bərpasına yönəldiləcək"
Azərbaycanın dövlət büdcəsində əlavə gəlir yaranarsa və Büdcə Qaydası ilə ziddiyyət təşkil etməzsə, işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldiləcək.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər son 3 il üzrə Qarabağa xərcləmələr 12 milyard manata yaxınlaşacaq.

"İlkin olaraq 7,4 milyard manatın, sonradan isə əlavə gəlirlərin bu istiqamətə yönəldilməsi nəzərdə tutulmuşdu. Eyni zamanda hansısa dövlət qurumunda olan qənaət də bu istiqamətə yönəldilir. Bunların sayəsində həmin vəsait 7,4 milyard manatdan 12 milyarda qədər artıb", - deyə nazir əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
395 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...