Anar Bağırov: "Bizə müxtəlif dövlət qurumları və şəxslərdən təzyiqlər olurdu"

Anar Bağırov: "Bizə müxtəlif dövlət qurumları və şəxslərdən təzyiqlər olurdu"
"Bizə müxtəlif dövlət qurumları və şəxslərdən vəkillərin azlığı ilə bağlı şikayətlər gəlir və təzyiqlər olurdu".

"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə keçirilən vəkillərin andiçmə mərasimində deyib.

Onun sözlərinə görə, heç bir namizəd imtahansız üzvlüyə qəbul edilə bilməz: "Bunu hamı başa düşməlidir. İmtahandan kəsilən və dəfələrlə müraciət edən namizədlər də var. Təəssüf ki, bu şəxslər imtahana yetərincə hazırlaşmırlar. 2014-cü ildə kollegiyaya qəbul imtahansız keçirilib. Bu da kadrlarda müəyyən problemlər yaradıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...