38 yaşında general olan Fərid Əliyev keçmiş icra başçısının oğludur

  38 yaşında general olan Fərid Əliyev keçmiş icra başçısının oğludur
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.
Yeniavaz.com xəbər verir ki, “general-mayor” ali hərbi rütbəsi verilən polkovnik Fərid Əlibaba oğlu Əliyev daha əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
1985-ci il təvəllüdü Fərid Əliyev bu ilin yanvar ayında tutduğu vəzifədən istefa verib.
Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. Əlibaba Əliyev hazırda Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...