8 noyabr - Zəfər Günü bütün hərbi hissələrdə qeyd olunub
8 noyabr - Zəfər Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində təntənəli tədbirlər keçirilir, şəxsi heyət üçün bayram konsertləri təşkil olunur.
"Report" xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti II Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə ucalmış Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunaraq məzarları üzərinə gül dəstələri düzülüb.
Keçirilən tədbirlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığı xüsusi vurğulanıb.
Vətən müharibəsi, 12-13 sentyabr hadisələri və antiterror əməliyyatları zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət nümunələri göstərmələri qeyd edilib.
Vətən Müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yurdumuzun bütövlüyü uğrunda şəhadətə yüksəlmiş oğullarımızın adlarının hər zaman ehtiramla yad ediləcəyi, əcdadlarımızın qəhrəmanlıq ənənələrindən ilhamlanan igidlərimizin müasir tariximizə yazdıqları şücaət dastanlarının gələcək nəsillərə örnək olacağı, onların qoyduğu mirasın Vətənə sevginin və sədaqətin bariz təzahürü olaraq daima uca tutulacağı qeyd olunub.
Vətən Müharibəsində, 2022-ci ilin sentyabr ayında və lokal xarakterli antiterror əməliyyatı zamanı işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşən, azad edilmiş torpaqlarda üçrəngli zəfər bayrağımız altında şərəflə xidmət aparan sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını qətiyyətlə təmin edəcəkləri vurğulanıb.
591 dəfə oxundu