Məşhur iş adamının oğlunun ölkədən çıxışına qadağa qoyula bilər

Məşhur iş adamının oğlunun ölkədən çıxışına qadağa qoyula bilər
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi Orucov Anar Rəsul oğlu barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, iddia vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqındadır.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Orucov Anar Rəsul oğlu “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin (VÖEN – 3600285601) qanuni təmsilçisidir. MMC-nin hüquqi ünvanı 14 saylı Ərazi Vergilər İdarəsinə tabe olan Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşir.
Məşhur iş adamının oğlunun ölkədən çıxışına qadağa qoyula bilər

Anar Orucov

Nizamnamə kapitalı 16 milyon 176 min manat olan “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb.
Ötən il bu şirkətin dövlət büdcəsinə 7 milyondan çox borcunun olması barədə məlumat yayılıb. Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilirdi ki, borc səbəbindən “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin Müşahidə Şurasının sədri, məşhur iş adamı Rəsul Orucov (Anar Orucovun atası) həbs olunub.
Daha sonra Rəsul Orucov mətbuata verdiyi açıqlmada həbsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Lakin, qeyd edək ki, daha əvvəl “Ağstafa Aqrar Sənaye Kompleksi” kredit borcunu vaxtında ödəmədiyi üçün “Paşa Bank” ASC Rəsul Orucov barəsində məhkəmə iddiası qaldırıb.
Məşhur iş adamının oğlunun ölkədən çıxışına qadağa qoyula bilər

Rəsul Orucov

Onu da bildirək ki, “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin təsisçisi Almaniyada qeydiyatda olan “RAO Global Group GmbH” şirkətidir. Bu şirkətin rəhbəri də Rəsul Orucovdur.
Mətbuatda yer alan məlumatlarda həmçinin qeyd olunur ki, Rəsul Orucov keçmiş Baş prokuror Zakir Qaralova məxsus olduğu bildirilən şirkətləri idarə edib. Rəsul Orucov eyni zamanda “Akkord Industrıal Company” MMC-nin də Müşahidə Şurasının üzvü olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
440 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...