Tərtərdə Xocalı soyqrımının 32-ci ildönümü qeyd olunub

Tərtərdə Xocalı soyqrımının 32-ci ildönümü qeyd olunub


Tərtər rayonunda 26 fevral-Xocalı soyqrımına həsr olunmuş anım mərasimi keçirilib. Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbirində öncə Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi-Tərtər Cümə Məscidinin imamı Sadiq Səfərov Xocalı şəhidlərinin ruhuna dualar oxuyub. Sonra tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksinin önünə gül dəstələri qoyublar.

Tədbiri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov acıb, Xocalı¬da şəhid olmuş insanların, habelə bü¬tün şəhidlərimizin xatirəsi bir dəqiqə¬lik sükutla yad edilib.
Anım iştirakçıları Xocalı soyqrımına həsr olunmuş ümumtəhsil məktəblilərinin rəsm əsərlərindən ibarət sərgiyə də baxıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xocalı soyqrımından danışaraq o illərdə baş vermiş hadisələri bir daha xatırladıb.
Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı və yandırıldı, insanlar isə xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi.

Xocalıdakı özünümüdafiə qüvvələri son nəfərinə, son gülləsinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Qüvvələr nisbətinin qeyri-bərabər olduğu bu döyüşlər şəhəri müdafiə edən insanların göstərdiyi böyük qəhrəmanlıq, fədakarlıq nümunəsi idi. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı oldu.

Ümumilikdə, Xocalı soyqrımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.
Azərbaycanlı əhalinin amansız soyqrımına dair çoxsaylı faktlar sübut edir ki, bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, digər beynəlxalq sənədlərin tələblərinin pozulmasıdır.

Rayon rəhbəri qeyd edib ki, Xocalı faciəsinə ilk dəfə Ulu öndər Heydər Əliyev tərə¬findən 1 mart 1994-cü ildə siyasi qiy¬mət verilib və dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlan¬dırılması istiqamətində təbliğat işləri aparılıb.
Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. Hər il fevral ayının 26-da saat 17-də Xo¬calı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilir.
Otuz iki ildir ki, xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuzillik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Xocalı şəhidlərinin xatirəsini alnıaçıq, başıuca anır, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.

Azərbaycan öz gücü ilə ədaləti bərpa etdi, işğala son qoyuldu, müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq prosesinə başladı. Artıq bu yerlərdə yenidən həyat canlanır. Bu iki fərqli proses–dağıdıcılıq və quruculuq dünyaya ermənilər və azərbaycanlılar arasındakı fərqi aydın şəkildə nümayiş etdirir.

Bu gün Xocalı şəhəri yenidən bərpa edilir. Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı şəhəri də böyük tikinti meydançasını xatırladır. Bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin bu il doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işləri həyata keçirilir. Hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri görülür. Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur. Artıq rabitə, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb, ev birləşmələri işi aparılır. Tezliklə xocalılar–bizim rayonumuza pənah gətirmiş 17 ailənin 58 nəfər üzvü də öz doğma yurdlarına dönəcəklər.

Xocalı soyqrımından 32 il keçməsinə baxmayaraq xalqımız qətlamı heç vaxt unutmur.

Tərtərdə Xocalı soyqrımının 32-ci ildönümü qeyd olunub
Tərtərdə Xocalı soyqrımının 32-ci ildönümü qeyd olunub
Tərtərdə Xocalı soyqrımının 32-ci ildönümü qeyd olunub
Tərtərdə Xocalı soyqrımının 32-ci ildönümü qeyd olunub



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
201 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...