Bu gündən Azərbaycanda qadınlar 64 yaşından pensiyaya çıxacaqlar

  Bu gündən Azərbaycanda qadınlar 64 yaşından pensiyaya çıxacaqlar
Bu gündən – 1 iyul 2024-cü il tarixindən Azərbaycanda qadınlar 64 yaşından etibarən pensiyaya çıxacaqlar.
Yeniavaz.com xəbər verir ki, 30 iyun 2025-ci il tarixindən sonra isə qadınlar 64,5 yaşından pensiyaya çıxacaqlar.
Məlumat üçün bildirək ki, “Əmək pensiyaları haqqında” qanunun tələbinə görə Azərbaycanda kişilərin pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Beləliklə, 2021-ci il iyulun 1-dən sonra kişilərin pensiya yaşı 65 il olub. 2027-ci il iyulun 1-dək isə qadınların pensiya yaşı 65 il olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
89 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...