Bazarlarda hazırlanan yağlar səhhətimizə təhlükədir, yoxsa? - VİDEO
Bakıda böyük bazarlarda tez-tez yerində günəbaxan yağı hazırlanmasına rast gəlinir. Bu yağlar hər nə qədər təbii görünsə də, onların necə istehsal olunduğu və hansı şəraitdə saxlanıldığı barədə suallar yaranır.
Bəzi alıcılar bu yağların təmiz və keyfiyyətli olduğunu desələr də, mütəxəssislər xəbərdarlıq edirlər ki, əsas məsələ yağın hazırlanmasında istifadə olunan xammalın keyfiyyətli və mənşəyinin məlum olmasıdır.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən bütün ticarət şəbəkələrində yalnız təsdiq olunmuş müəssisələrin istehsalı olan və müvafiq baytarlıq sənədləri ilə müşayiət edilən yağ məhsullarının satışına icazə verilir. Satışda olan məhsulların üzərində qanunvericiliyə əsasən etiket məlumatları da mütləq göstərilməlidir.
Agentlik, həmçinin qeyd edib ki, ev şəraitində və sanitar-gigiyenik normalara cavab verməyən yerlərdə hazırlanan yağların satışına icazə verilmir. Aparılan nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan və tələblərə cavab verməyən yağlar aşkar edilərsə, onlar dərhal satışdan çıxarılır. Küçə ticarəti halları isə müvafiq qurumlara göndərilir.
Ətraflı Baku TV-nin süjetində
55 dəfə oxundu