Eldar Quliyev: “Tədbirə səfirlə getmişdik, “Dədə Qorqud”la nə işimiz var?!”
"Birinci dəfədir eşidirəm. Bizim “Dədə Qorqud”la nə işimiz var?!"
Gundeminfo.az pravda.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev deyib.
O, istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovla birgə 2022-ci ildə Türkmənistanın ozamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovu saxta “Dədə Qorqud” ordeni ilə təltif etməsi barədə yayılan iddialara aydınlıq gətirib. pizza
E.Quliyev bildirib ki, sözügedən tədbirə Türkmənistanın Azərbaycandakı o vaxtkı səfiri ilə birgə gedib.
“Bizi Azərbaycan Ağsaqqallar Şurası olaraq dəvət etmişdilər. Türkmənistana mən, Eldar İbrahimov və Vahid Novruzov - üç nəfər professor nümayəndə heyəti türkmən səfirlə birgə uçmuşduq. Xeyli dövlətlərin nümayəndələri həmin tədbirə gəlmişdilər. Eldar İsmayılovu orada birinci dəfə gördük. Heç mən onu Azərbaycanda tanımıram.
“Dədə Qorqud” ordeni də ona aiddir, bizə yox. Yayılan xəbərlərə heç baxmamışam. Birinci dəfədir, eşidirəm. Bizim “Dədə Qorqud”la nə işimiz var?!
Eldar İsmayılov özü ayrıca gəlmişdi. Dəvət olunub-olunmadığını da heç bilmirik. Tədbirdə tanış olduq. Dedi ki, mən azərbaycanlıyam. O özü Qurbanqulu Berdiməhəmmədovu təbrik etdi. Hətta Bakıya da ayrı qayıtmışıq. Sonra da onu görməmişəm. Eldar İsmayılov həmin görüşdə heç yanımızda da oturmamışdı.
Qurbanqulu Berdiməhəmmədov şəxsən həmin tədbirdən sonra mənimlə də, Eldar İbrahimovla da ayrı-ayrı görüşüb. Qəbulunda olmuşuq. Yəni bizim “Dədə Qorqud”a heç bir aidiyyatımız yoxdur, olmayıb da. O adamı da tanımamışıq. Bilirsiniz ki, cənab Prezident İlham Əliyevin dəvəti ilə Qurbanqulu Berdiməhəmmədov bu yaxınlarda Azərbaycana gəlmişdi. Parlamentdə bizimlə görüşdü. Sahibə Qafarova və mənimlə birgə şəkli də var. Türkmənistanın Azərbaycandakı səfiri xahiş etmişdi ki, deyiblər, görüşdə mən də iştirak edim.
Azərbaycanda Ağsaqqallar Şurasının sədri mənəm, Türkmənistanda isə Qurbanqulu Berdiməhəmmədov özüdür. Sonra da Şeyxülislam Allahşükür Paşazadə dəvət etmişdi, orada da görüşdük. Deməyim budur ki, görüşlərimiz dövlət səviyyəsində keçirilib. Kimsə bu barədə əks bir şey yazırsa, şərdir. Belə getsə, məcbur olacağıq, onları məhkəməyə verək. Hansı əsasla bu xəbəri yazırlar?!”
112 dəfə oxundu