Ərdoğan qərar verdi - Türkiyə İrana qarşı sanksiyalara qoşuldu

Ərdoğan qərar verdi -
Türkiyə BMT-nin İrana qarşı sanksiyalarına qoşulub.

Bakupost.az "Rəsmi Qəzet"ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı oktyabrın 1-də fərman imzalayıb.

Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq 22 iranlı şəxs və 17 təşkilatın aktivlərini dondurub.

Sanksiyalar İranın Atom Enerjisi Təşkilatına, bir sıra banklara, tədqiqat mərkəzlərinə və uranın zənginləşdirilməsi proqramı ilə əlaqəli şirkətlərə təsir edib.

Beləliklə, Ankara nüvə proqramı ilə bağlı Tehrana qarşı beynəlxalq təzyiq kampaniyasına qoşulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
108 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...