Kənd Təsərrüfatı Nazirliyinin üç müəssisəsi ləğv olunub

Kənd Təsərrüfatı Nazirliyinin üç müəssisəsi ləğv olunub


Göygöl rayonundakı "Ətlik-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC, "Camışlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC və "Bağmanlar taxıl toxumçuluğu üzrə Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC birləşib.

"APA-Economics"in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin "Vergilər" qəzetində dərc etdiyi məlumatda bildirilir. MMC-lərin bazasında Kənd Təsərrüfatı Nazirliyinin "Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC yaradılıb. Bununla əlaqədar olaraq yuxarıda adları çəkilən MMC-lərin kreditor borcları və digər hüquqi və fiziki şəxslərə olan borcları Kənd Təsərrüfatı Nazirliyində yaradılmış ləğvetmə komissiyasına 60 gün ərzində müraciət etmələri xahiş olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
791 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...