Ülviyyə Əli saxlanılıb

Ülviyyə Əli saxlanılıb
Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Yerli KİV jurnalistin “Meydan TV” işi ilə əlaqədar saxlanıldığını yazır.
Qeyd edək ki, “Meydan TV” işi ilə bağlı indiyədək jurnalistlər – Aynur Elgünəş (Qənbərova), Natiq Cavadlı, Şəmşad Ağayev, Aytac Tapdıq (Əhmədova), Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə), Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Ülvi Tahirov və Nurlan Libre (Qəhrəmanlı) saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
57 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...