İtkin neftçilərdən birinin meyidi tapıldı

İtkin neftçilərdən birinin meyidi tapıldı

13:27

Ötən gün Xəzərin sahilində balıqçılar tərəfindən cəsədi aşkarlanan şəxsin kimliyi məlum olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə yazıb. O qeyd edib ki, Hamamdağ ətrafında balıqçıların dənizdən tapdığı cəsəd N.Nərimanov adına NQÇİ-də baş verən qəza vaxtı itkin düşmüş neftçıxarma operatoru Vidadi Qurbanova aiddir: "Qəza vaxtı itkin düşənlərin cəsədlərindən biri təsadüfən tapılıb, ikisini isə FHN yox, yerli balıqçılar tapıblar".

----------

İtkin neftçilərdən birinin meyidi tapıldı
11:12

Ötən gün balıqçılar tərəfindən Xəzərin Ələt sahilində tapılan kişi meyidinin itkin düşən neftçilərdən biri, operator Vidadi Qurbanova məxsus olduğu ehtimal edilir. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyindən istipress-ə verilən məlumata görə, hazırda meyit üzərində ekspertiza aparılır.

Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub.

---------

09:29

17 fevral 2017-ci il tarixdə saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində, sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub.

Milli.Az Dövlət Sərhəd Xidmətinin saytına istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyidi sahilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1071 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...