Qərargah rəsmən təsdiqlədi: Meyiti tapılan şəxs neftçidir

Qərargah rəsmən təsdiqlədi:


“Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan AzVision.az-a verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində dənizin Pirsaat burnu hissəsində sahildən 1 mil aralı məsafədə tapılan kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft-qaz çıxarma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1957-ci il təvəllüdlü Vidadi Cümşüd oğlu Qurbanova məxsus olduğu rəsmən təsdiq edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Qərargah rəsmən təsdiqlədi:

Qeyd edək ki, əslən Tərtər rayonunun Düyərli kəndindən olan Qurbanov Vidadi Cümşüd oğlu Sumqayıt şəhər sakini olub. O, SOCAR-ın "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində dənizdə itkin düşən 10 nəfərdən biridir. Qurbanov Vidadi 2 oğul atası idi. 59 yaşlı Vidadi 36 il neft-qaz sahəsində çalışıb və ömrünü bu sahəyə həsr edib.

Azərbaycan Sənaye İnstitutunu bitirən Vidadi Qurbanov bir müddət Türkmənistanda işləyib. 1992-ci ildən isə Sumqayıtda yaşayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...