Parça istehsalı 11 dəfə azalıb

Parça istehsalı 11 dəfə azalıb

2014-cü ildə Azərbaycandan 248,6 min m2 iplik parçalar ixrac edilib. Bu, əvvəlki ildəkindən (2 mln 813,1 min m2) 11 dəfə azdır. Turan bunu Gömrük Komitəsinin məlumatlarına əsasən müəyyən edib. Maraqlıdır ki, bu məlumatlar Dövlətstatkomun rəqəmləri ilə düz gəlmir.

DSK-ya görə, 2013-cü ildə toxuculuq fabriklərində 383.0 min m2 pambıq parça toxunub. Bu halda fabriklər 2,8 mln m2 parçanı necə ixrac edib – çox müəmmalıdır. Ötən il rəsmi pambıq parça istehsalı 60% artıb və 836 min m2 olub. Bu il istehsal həcmi əvvəlki səviyyədə qalır. Rüb ərzində 275,9 min m2 (+56,8%) parça toxunub. Anbarlarda 454,6 min m2 hazır məhsul var.

Hələ ölkədə Gilan tekstil parkı kimi iri və müasir toxuculuq fabrikləri olmayanda istehsal həcmi daha yüksək idi. Məsələn, 2001-2007-ci illərdə ölkədə 2,2-4 mln m2 pambıq parça toxunub.

2012-ci ildə Sumqaytda Gilan şirkətinin Beşlçikanın Piсanol dəzgahları və Almaniyanın Karl-Mayer ölçü dəzgahları ilə təchiz edilmiş fabriki tikilib. Müəssisənin illik istehsal gücü 8,5 mln metrdir. Məhsul 100% pambıq və pambığın poliester ilə qarışığından ibarətdir. Parçanın eni 0,90 sm-dən 3,40 sm-dəkdir, deyə Gilan məlumat verir.

Rəsmi statistikaya görə, ölkədə istifadə edilən parçanın çoxu idxal mənşəlidir. 2014-cü ildə parça idxalı 8% artaraq 16,1 mln m2 olub. İdxal edilən pambıq parça Azərbaycan gömrüyündə 1000 m-i $163-dan bəyan edilir. 2013-cü ildə bu göstərici 122$/min m2 olub. Azərbaycan parçası 2014-cü ildə 704$/min m2-dən ixrac edilib. Bu, 20130cü ildəkindən 25% çoxdur.

Pərakəndə satışda parçanın 1 metri 2-15 manatdır. Başqa sözlə, istehsal və gömrükdə korrupsiya və vergidən yayınma göz qabağındadır.

2014-cü ildə Azərbaycana pambııq parça idxalı həcmi pul ifadəsində $2 mln 623,4 min (+44,3%) təşkil edib. Ötən il Gürcüstana $4 mln 470,6 min məbləğində parça idxal edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...