“Onun Rövnəq Abdullayev barədə danışmağa haqqı yoxdur”

“Onun Rövnəq Abdullayev barədə danışmağa haqqı yoxdur”

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Topaz Premyer Liqasının 2017/18 mövsümünün püşkatmasından sonra mətbuat konfransı keçirib. "Qafqazinfo" xəbər verir ki, konfransda Musayev jurnalistlərin suallarını cavablandırıb.

- Yeni mövsümdən etibarən əvəzedici heyətlərin oyunu əsas komandaların matçından 1 gün sonra olacaq...

- Düz qeyd etdiniz. Baş məşqçilərin fikrini nəzərə alıb, oyunların vaxtını dəyişdik. Amma düşünürəm ki, bu, yanlış fikirdi. Çünki əvəzedicilərin oyunu 1 gün əvvəl olanda əsas komandanın baş məşqçisi də gedib, onların matçına baxa bilirdi.

- Ötən mövsüm yığmanın oyunları ilə bağlı çempionatda bir neçə dəfə fasilə oldu. Bu problem bu mövsüm də mövcud olacaq?

- Çempionat milliyə futbolçu yetişdirmək üçün keçirilir. Millinin baş məşqçisi necə istəyirsə, biz də ona uyğun qərar verməliyik. Çalışacağıq ki, daha çox fasilə olmasın.

- I divizionda neçə komanda iştirak edəcək?

- Bu barədə açıqlama vermək çətindir. Hazırda 12 namizəd var. Amma belə qərara gəldik ki, bankdan təminat məktubu almalıyıq. Əgər bu məktub olmayacaqsa, heç bir klubu çempionata buraxmayacağıq. Çünki çempionatın gedişinda problemlar yaşanır.

- Hakimlər təlim-məşq toplanışını ölkə xaricində keçirməyəcəklər. Bu barədə nə deyə bilərsiniz?

- Mətbuatda yazılır ki, hakimlər maddi durumla bağlı ölkə xaricinə getməyiblər. Amma bu doğru məlumat deyil. Əgər hakimlərimiz ölkə xaricində hazırlıq keçməyəcəklərsə, hazırlıq nəyə lazımdı? Bizə məktub gəlmişdi və gördük ki, hakimlərimiz 8 oyun idarə edəcəklər. Biz də buna görə hakimlərimizi xaricə göndərməməyə qərar verdik.

- “Şərurspor”un prezidenti Sərdar Bağırov açıqlamasında bildirdi ki, futbola pul yatırmaq istəyirik. Amma bizə imkan vermirlər. Sizcə, kim icazə vermir?

- Vallah, mətbuat konfransı zalında xanımlar olmasaydı, yaxşı söz deyərdim. O şəxsin nyə görə şikayət etdiyini bilmirəm. “Şərurspor” və “Rəvan” UEFA-nın qərarı ilə çempionatdan uzaqlaşdırılıb. Əgər onlar göndərilməsəydi, Azərbaycan futbolu məhv olacaqdı.

- “Xəzər Lənkəran”ın rəhbərliyi bildirib ki, AFFA rəhbərliyi dəyişməyənə qədər cənub klubu ölkə çempionatında oynamayacaq. Bu haqda nə deyə bilərsiniz?

- Əgər onlar bu günkü AFFA rəhbərliyindən narazılıq edirlərsə, buna siz jurnalistlər cavab verməlisiniz. Tuyqun Nadirov deyib bu sözü? Ümumiyyətlə, Tuyqun Nadirovun Rövnəq Abdullayev barəsində danışmağa haqqı yoxdur. İndi kimin necə işlədiyi hər kəsə bəllidir. Əgər bir insan danışırsa, öncə öz işinə baxmalıdır. “Xəzər Lənkəran”ın rəhbəri Mübariz Mənsimov idi və o, çempionatdan imtina etmək qərarına gəldi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...