Bir çox şəxsə bəraət veriləcək - ŞAD XƏBƏR

Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı "Sherg.az"a bildirib ki, Respublika günündə əfv fərmanının verilməsi hamı tərəfindən səbirsizliklə gözlənilir:
"Ümid edirik ki, bir çox şəxsə bəraət veriləcək. Əfv Komissiyası bu məsələlərə diqqətlə yanaşır. Məhkum haqda komissiya üzvlərinin, müəsisənin rəyləri öyrənilir. Əfvlə bağlı çox müraciətlər var. Hazırda isə konkret rəqəm söyləmək hələ tezdir. Bir aydan çoxdur ki, daha intensiv şəkildə fəaliyyətlərini davam etdirirlər. Gözləntilərimiz böyükdür. Xüsusi ilə "amonçular", siyasi motivlərlə həbs olunanlar barədə qərarın verilməsini istərdik. Bizi narahat edən bir çox məsələlər mövcuddur. Lakin bunların hələ ki, Əfv Komissiyasında baxılması mümkün deyil".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da böyük ümidlərlə əfv fərmanının verilməsini gözlədiyini deyib:
"Əlavə olaraq, qazilər haqda yeni qərarlar qəbul oluna bilər. Belə ki, veteranların, qazilərin təqaüdlərinin artırılacağı müzakirələr arasındadır".
425 dəfə oxundu