Polis saxladı, dostundan kömək istədi – Biləsuvarda reyd – VİDEO

Polis saxladı, dostundan kömək istədi –

"Xəstə var, xəstəxanaya tələsirəm"

Biləsuvar rayonunda avtoreyd keçirilib. ARB TV xəbər verir ki, rayonda yol hərkətinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə keçirilən reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, eləcə də müvafiq sürücülük vəsiqəsi olmadan avtomobilləri idarə edən sürücülər saxlanaraq barəsində inzibati protokol tərtib olunub.

Reyd zamanı bəziləri mobil telefonla dostlarından kömək istəyib, bəziləri isə polisin saxla əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışıblar. Sürücü: “Günah məndədir. Xəstə var, xəstəxanaya tələsirəm. Bağışlayın”.
Bu kimi sürücülərin avtomobilləri yol patrul xidmətinin əmkdaşları tərəfindən saxlanaraq barələrində tədbir görülüb.

Ümumilikdə 40-a yaxın sürücü reyd zamanı saxlanaraq barələrində inzibati tədbir görülüb. Reyd qarşıdakı günlərdə də davam etdiriləcək.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
746 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...