Qubada ayılar arıxanaya hücum edib

Qubada ayılar arıxanaya hücum edib

Qubada ayılar arıxanaya hücum edib.

“Report”un Şimal bürosu xəbər verir ki, hadisə Qubanın Cek kəndi ərazisində qeydə alınıb.

Arıçı Namiq Abidov “Report”a açıqlamasında bildirib ki, artıq 4-5 gündür ayı hər gün yaylaqda yerləşən arıxanaya hücum edir: "Ayılar 5 arı yeşiyini dağıdıb.

Özümüz isə qorxudan çadırda qalmırıq. Hər gecə bu hücum təkrarlandığından, suni şamlar düzəldərək ayıları qorxuduruq. Artıq əvvəl dağdan 1 ayı gəlirdisə, dünən axşam arıxanaya 3 ayı hücum edib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
761 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...