Sürücülərə xəbərdarlıq: Sürəti aşağı salın, sərt manevr etməyin!

Sürücülərə xəbərdarlıq:

Son günlər hava şəraitinin qeyri-sabit keçməsi yol qəzaların artmasına səbəb olub.

AzVision.az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sürücülərə xəbərdarlıq edərək, çiskinli hava şəraitində onları ehtiyatlı olmağa çağırıb.

“Təəssüf ki, yollarımızda qırğınlar davam edir. Bir günə 10 ölüm. Bir hadisədə 5 nəfərin ölməsi isə dünyanın hər yerində medianın diqqətini çəkən faktdır. Həmin faciə qaranlıq vaxtı çiskinli havada avtomobillərin üz-üzə toqquşması ilə baş verib. Sürücülərimizin xeylisi bəsit bir faktı unudurlar. Gecə vaxtı görünmə onsuz da məhduddur. Qarşı-qarşıya hərəkət edən avtomobillərin işıqlarının yaratdığı fon isə görünməni 50%-ə qədər pisləşdirir (gözlərin qamaşması olduqda isə görmə 0-a yaxınlaşır). Bunun üstünə islanmış şüşələri və güzgüləri də əlavə edəndə az qala gözübağlı sürmək kimi bir şey alınır. Ona görə də diqqətli olun, sürəti aşağı salın, sərt manevr etməyin, ötmədən və zolaq dəyişmədən çəkinin, əks istiqamətli zolaqlara keçməyi isə ağlınıza da gətirməyin. Belə şəraitdə hətta ayırıcı xətdən aralı, yolun ən sağı ilə sürün. Dünənki hadisə üz-üzə toqquşmadır, deməli onlardan biri əks istiqamətli zolağa keçibmiş. Nəticə göz önündədir. Bir ailənin 5 üzvü artıq yoxdur...” - ekspert qeyd edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
50 dəfə oxundu
 


XƏBƏR LENTİ
FOTOSESSİYA

Köşə
Qurd totemli türklər -
Yusif Alı Afşar - Fəlsəfə doktoru, dosent ...
Рейтинг@Mail.ru
Loading...