Prezident Hikmət Hacıyevi yüksək vəzifəyə təyin etdi

Prezident Hikmət Hacıyevi yüksək vəzifəyə təyin etdi

Prezident İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Gundeminfo.az xatırladır ki, H.Hacıyev 18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edirdi.

Bundan əvvəl isə bu şöbəyə hazırda Azərbaycanın baş naziri olan Novruz Məmmədov rəhbərlik edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
889 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...