Prezident rabitə və yüksək texnologiyalar sahəsinin işçilərini təltif edib

Prezident rabitə və yüksək texnologiyalar sahəsinin işçilərini təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Cəfərov Nazim Kazım oğlu

Rüstəmov Rəşad Keykavuz oğlu

Səfərov Rizvan Ziyanur oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Həsənova Sahibə Məzahir qızı

Qasımov İsa Vəli oğlu

Mehyəddinov Ənvər Əlistan oğlu

Məmmədova Firuzə Novruz qızı

Pirmətov Fərhad Veysəl oğlu

Vəlibəyli Sevinc Mürsəl qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Məmmədov Novruz Qulu oğlu

Naibov Vidadi Vaqif oğlu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...