“Diqlas”da baş verən yanğından zərərçəkənlərin siyahıya alınmasına başlanılıb

“Diqlas”da baş verən yanğından zərərçəkənlərin siyahıya alınmasına başlanılıb


“Diqlas” ticarət mərkəzində baş verən yanğından zərərçəkənlərin siyahıya alınmasına başlanılıb.

Gundeminfo.az-ın ONA-ya istinadən məlumatına görə, siyahıya alınan zərərçəkənlərin siyahısı prokurorluğa təqdim ediləcək. Prokurorluqda onların izahatlarının alınacağı bildirilir.

Qeyd edək ki, Baş Prokurorluq “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, “Diglas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə hadisəsinin baş vermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də yanğınla bağlı məlumatlı şəxslərdən Nizami rayon prokurorluğunda yaradılmış Qərargaha - 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...